AZ

Liseydə gülllələnən müəllim əməliyyat olunub - Vəziyyəti yaxşıdır

Binəqədi rayonunda yerləşən "İdrak" liseyində fevralın 6-da şagird tərəfindən güllələnmiş müəllim əməliyyat olunub. Bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilib. 

1997-ci il təvəllüdlü qadının boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub. Aparılmış radioloji müayinələr zamanı boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar edilib.

Əməliyyat fəsadsız başa çatıb və pasiyentin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir və həyatı üçün təhlükə yoxdur.

Aytac 

Seçilən
47
12
anews.az

10Mənbələr