AZ

Mirzə Qədim İrəvaninin iki əsrlik möhtəşəm irsinin təbliğinə bp-dən töhfə

Bakı. Trend:

bp Azərbaycan incəsənət tarixinin ən görkəmli simalarından birivə Azərbaycan realist rəssamlıq məktəbinin banisi olan Mirzə Qədimİrəvani haqqında kitabın nəşrinə dəstək verib. Böyük rəssamın 200illik yubileyinə həsr edilmiş kitab bu gün bp-nin təşkil etdiyitədbirdə ictimaiyyətə təqdim edilib.

“Mirzə Qədim İrəvani: Parlaq Rənglərin İşığında” adlı kitabınnəşri, rəssamın 200 illik yubileyinin qeyd edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 14 fevral 2025-ci il tarixlisərəncamına uyğun olaraq həyata keçirilib.

Bu gün keçirilən tədbirdə çıxış edən bp-nin Xəzər regionu üzrəvitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Azərbaycanın təsvirisənətinin görkəmli nümayəndəsi olan Mirzə Qədim İrəvaninin əvəzsizirsini Azərbaycan xalqı ilə birlikdə böyük ehtiramla qeyd etməkdənqürur duyuruq. Mirzə Qədim İrəvani klassik orta əsr miniatürsənətinin dekorativ estetikası ilə realist dəzgah boyakarlığınınprinsiplərini ahəngdar şəkildə birləşdirərək, özünəməxsus bədiiforma və orijinal üslub yaradıb.

İrəvaninin Azərbaycanın təsviri sənətində dönüş nöqtəsi kimidəyərləndirilən və rəssamlıqda ənənəvi dekorativ məktəbdən yeni,peşəkar realist yanaşmaya keçidi təmsil edən əvəzsiz irsi onu millitəsviri sənət tariximizdə çox yüksək mövqeyə qaldırıb. Ümid edirikki, bu gün təqdim olunan kitab Azərbaycan sənətsevərləri tərəfindənrəğbətlə qarşılanacaq və bu böyük sənətkarın irsinin daha dərindənöyrənilməsinə və daha geniş tanıdılmasına dəyərli töhfəolacaq”.

Mirzə Qədim İrəvaninin irsi Azərbaycan təsviri incəsənətitarixindəki əhəmiyyəti ilə yanaşı, həm də öz dövrünün tarixi,mədəniyyəti, həyat tərzi, memarlıq ənənələri və bədii üslublarıbarədə əvəzsiz məlumatlar təqdim edir.

Kitab Mirzə Qədim İrəvaninin həm ornamental rəssam, həm də birportretçi kimi bədii irsindən bəhs edən əhatəli icmal təqdim edir.Nəşrdə həmçinin sənətkarın öz həyatına və yaradıcılıq yoluna dairdəyərli tarixi məlumatlar yer alıb.

Nəşr İrəvaninin beynəlxalq muzey kolleksiyalarında qorunanəsərlərinə dair tədqiqatları, saray interyerlərini bəzəyən sənətnümunələrinin təhlillərini əhatə edən, eləcə də onun bədii irsinintəkamülü və interpretasiyasını araşdıran bir sıra elmi məqalələribir araya gətirir. Bu materiallar bütövlükdə mühüm elmi və mədənimənbə təşkil edir.

224 səhifədən ibarət, yüksək keyfiyyətlə hazırlanmış incəsənətvə elmi tədqiqat nəşrinin müəllifi filologiya üzrə fəlsəfə doktoru,dosent Nərgiz Cabbarlıdır. Ön söz sənətşünaslıq üzrə fəlsəfədoktoru Qalib Qasımov tərəfindən qələmə alınıb. Kitabda, həmçininİrəvaninin irsini araşdırmış bir sıra digər alimlərintədqiqatlarından da istifadə olunub. Onların sırasında Azərbaycanıngörkəmli sənətşünası və tədqiqatçısı, Azərbaycanın Əməkdarincəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, mərhumZiyadxan Əliyev, eləcə də Natalya Miklaşevskaya, Kərim Kərimov,Rasim Əfəndi, Nazim Mustafa, Telman İbrahimov, Xəzər Zeynalov vəbaşqa adlar yer alır.

Kitab bp-nin dəstəyi ilə həyata keçirilən daha geniş mədəni irslayihəsinin bir hissəsidir. Layihə Mirzə Qədim İrəvaniyə həsrolunmuş kitabdan əlavə, Doktor Kübra Əliyevanın müəllifi olduğuAzərbaycan xalçalarına dair üç əsas elmi nəşri, eləcə də tanınmışkino tədqiqatçısı Aydın Kazımzadənin müəllifi olduğu Azərbaycanınmilli kinematoqrafiyasının tarixi və inkişafına həsr edilmiş dördcildlik elmi araşdırmanı əhatə edir.

Layihəyə daxil olan digər kitablar da il ərzində ictimaiyyətətəqdim ediləcək.

Layihə bp-nin Azərbaycanın zəngin mədəni irsinin qorunması vətəşviqinə yönəlmiş təşəbbüsləri dəstəkləmək istiqamətində davamlıöhdəliyini əks etdirir.

Layihənin ümumi dəyəri səkkiz kitabın hazırlanması və nəşri dədaxil olmaqla 308498 AZN (təxminən 181470 ABŞ dolları) təşkil edir.Layihə Təşəbbüslər və Layihələr Mərkəzi tərəfindən icra olunur.

Məqalədə:
Seçilən
70
1
az.trend.az

2Mənbələr