AZ

I Liqa: Klub prezidenti qol vurdu, komandası darmadağınla qalib gəldi

Azərbaycan I Liqasında XIII tur davam edir.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun ikinci oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə matçında veteran futbolçu Rahid Əmirquliyevin rəhbəri olduğu "Şahdağ Qusar" "Difai"ni sınağa çəkib. Şimal təmsilçisi Şamaxıda baş tutan görüşdə 3 xalı 4 cavabsız qolla qazanıb. 

Dünən keçirilən oyunlarında bu nəticələr qeydə alınıb: “Cəbrayıl” – MOİK 2:2, “Şəfa” – “Baku Sportinq” 1:1, “Zaqatala” – “Səbail” 0:1.

Tura sabah baş tutacaq "Şimal" - "Mingəçevir" oyunu ilə yekun vurulacaq.

Azərbaycan I Liqası
XIII tur
6 fevral 

“Şahdağ Qusar” – “Difai” 4:0
Qollar:
Aqostinyo Çipesse, 12. Rahid Əmirquliyev, 59-p. Arsen Xalilov, 90+2. Famil Camalov, 90+4.

Seçilən
3
fanat.az

1Mənbələr