AZ

“Çılpaq kişi ayağı” 27,2 milyon dollara satıldı

Mikelancelonun çılpaq kişi ayağının miniatür rəsm əsəri Nyu-Yorkda keçirilən hərracda 27,2 milyon dollara satılaraq bütün zamanların rekordunu qırıb.

Publika.az "New York Times" qəzetinə istinadən xəbər verir ki, bu, onun indiyə qədər hərracda satılan ən bahalı əsəri olub.

Hərracda satılan "Beşbarmaqlı" şah əsər mütəxəssislərin gözləntilərini təxminən 20 dəfə üstələyib.

Hərrac evinin nümayəndəsi Ancela Montefinize zarafatla dedi: "Deyə bilərsiniz ki, Christie's bir ayağını digərinin qarşısına qoyub - ən yaxşı mənada".

Cəmi 12 santimetr ölçüsündə olan bu kiçik rəsm qırmızı təbaşirlə çəkilib. Mütəxəssislər onun XVI əsrdə Romadakı Sikstin Kapellasının freskaları üzərində işləyərkən Mikelancelo üçün poza verən bir kişinin ayağının təsvir olunduğunu düşünür.

Seçilən
9
publika.az

1Mənbələr