"Real Madrid"in cinah hücumçusu Rodriqo Qoes sosial şəbəkə hesablarında dünən 34 yaşı tamam olan həmyerlisi Neymarla uşaqlıqda çəkdirdiyi fotonu paylaşıb.
Fanat.Az xəbər verir ki, o, hazırda "Santos"un uğurları üçün çalışan Neymarı bir cümlə ilə təbrik edib:
"Doğum günün mübarək, idealım!"

Cari mövsüm "Santos" forması ilə 28 matça çıxan Neymar 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Rodriqo "Real"ın heyətində 26 görüşdə iş başında olub. "Sambaçı" bu qarşılaşmalarda 3 qol və 6 assistlə diqqət çəkib.
Nihat