AZ

General DSX Mərkəzi Aparatına rəhbər təyin olundu

Dövlət Sərhəd Xidmətində (DSX) aparılan kadr islahatları çərçivəsində daha bir general vəzifədə irəli çəkilib.

KONKRET.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq Əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Faiq Məmmədov DSX Mərkəzi Aparatının yeni rəhbəri təyin edilib. Bu, Mərkəz Aparatın əsas idarəetmə strukturudur.

Qeyd edək ki, Faiq Məmmədov daha əvvəl DSX-də Baş idarə rəisi vəzifəsində işləyib. O həmçinin qısa müddətə DSX Akademiyasının rəis əvəzi olub.

General 2024-cü ildə ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Seçilən
12
20
konkret.az

10Mənbələr