
“Ermənistan və KTMT İrəvanla hərbi ittifaq arasında yaranan problemli məsələlərə güzəştli həllər tapa bilərlər”.
Missiya.Az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "Rossii-24"ə müsahibəsində deyib.
Diplomat Ermənistan hakimiyyətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüklə bağlı mövqeyinə toxunaraq qeyd edib ki, son günlərdə rəhbərlik nümayəndələri, xüsusən də dondurulmuş statusun dəyişməyəcəyi barədə açıq bəyanatlar veriblər:
"Rusiya Federasiyasının mövqeyinə gəldikdə, biz Ermənistanın KTMT-nin tamhüquqlu üzvü olaraq qalmasına əsaslanırıq. Dondurulmuş formata gəldikdə isə, bu, təşkilatın müqavilə və hüquqi çərçivəsində nəzərdə tutulmayıb. Bizim fikrimizcə, regionda təhlükəsizliyin təmin edilməsi üçün alternativ, etibarlı mexanizm yoxdur. KTMT ilə qarşılıqlı əlaqə baxımından yaranan problemlərə gəldikdə isə, inanıram ki, biz həmişə KTMT üzvləri çərçivəsində tərəfdaşlıq yolu ilə, o cümlədən yığılmış problemlərin kompromis həlləri ilə həll yolları tapa bilərik", - deyə Kopırkin vurğulayıb.
Daşqın HəsənovMissiya.Az