AZ

Ağstafalı Vətən Müharibəsi Qəhrəmanının babası vəfat etdi - FOTOLAR

Ağstafa rayonunun Böyük Kəsik kəndindən olan Vətən Müharibəsi Qəhrəmanımızın babası Kərəm Yusifov dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə məsul şəxslərlə birlikdə mərhumun doğma evində ailə üzvlərinə və yaxınlarına başsağlığı verib. Vətən uğrunda canını fəda edən qəhrəman şəhidlərimizin və onların bu dünyadan köçən doğmalarının ruhuna dualar oxunub.

Vətən Müharibəsi Qəhrəmanının atası Nazim Yusifov ölkəmizdə şəhid ailələrinin üzvlərinə, yaxınlarına göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə dərin minnətdarlığını bildirib.

Seçilən
77
unikal.az

1Mənbələr