AZ

Güllələnən müəllimin son vəziyyəti açıqlandı - Rəsmi

Bakı. Trend:

06.02.2026-ci il tarixində Binəqədi rayonu "İdrak" liseyindəntəcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzəhospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) üzərindəboyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icraolunub.

Bu barədə Trend-ə KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumatverib.

Bildirilir ki, aparılmış diaqnostik radioloji müayinələrdənsonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub. Xəstədərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başaçatıb.

"Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiyaşöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraqqiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur", - qurumun rəsmisiəlavə edib.

Qeyd edək ki, fevralın 6-da saat 09:10 radələrində Binəqədirayonunda yerləşən özəl “İdrak” liseyinin 10-cu sinif şagirdi Ə.Şatasına məxsus ov silahı ilə liseydə müəllim işləyən 1997-ci iltəvəllüdlü Şəhla Kamilovanı güllələyib.

Hadisə törədən məktəbli saxlanılıb. Binəqədi rayonprokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayətişi başlanaraq ibtidai istintaq aparılır.

Kliniki Tibbi Mərkəzə odlu silahdan açılan atəşlə zədələnmədiaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib,müvafiq laborator və instrumental müayinələr aparılıb, vəziyyətiorta ağırdır.

Seçilən
59
4
az.trend.az

10Mənbələr