AZ

İdrak liseyindəki silahlı insidentin şahidi: Elə bildim ki, hansısa sinifdə şkaf aşdı

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən "İdrak" liseyində silahlı insident baş verib. İlkin məlumatlara əsasən, liseyin 10-cu sinif şagirdi riyaziyyat müəlliməsi Şəhla Kamilovaya odlu silahdan atəş açıb.

Hadisə şahidlərindən biri Baku TV-yə danışıb.

"Eşitdim, amma ağlıma gəlmədi silah səsi. Elə bildim ki, hansısa sinifdə şkaf aşdı", - deyə o bildirib.

"İdrak" liseyindəki silahlı insidentin şahidi: "Elə bildim ki, hansısa sinifdə şkaf aşdı"

Şəhla Kamilova aldığı xəsarət nəticəsində Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfindən saxlanılıb. Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışını keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
67
oxu.az

1Mənbələr