Rusiya xarici işlər naziri Sergey Lavrov Silahlı Qüvvələrin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəis müavini general-leytenant Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdini danışıqları pozmaq təşəbbüsü adlandırıb.

Leqal.info xəbər verir ki, Lavrov general Alekseyevə qarşı sui-qəsd cəhdinin Kiyevin danışıqları daim pozmaq əzmini bir daha təsdiqlədiyini bildirib.

Rusiya XİN rəhbəri bu məlumatı ATƏT rəhbərliyi ilə görüşün əvvəlində eşitdiyini bildirib: "Mən hansısa proqnozlar verməyə hazırlaşmıram. Bu mənim funksiyam deyil. Bunu ölkəmizin rəhbərliyi həll edəcək”.

O, bunu terror aktı adlandırıb.

Leqal.info