ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
“NATO Ukraynaya qoşun göndərmək qərarına gəlsə, Macarıstan müttəfiqlərini dəstəkləməyəcək. Çünki bu, Rusiyaya qarşı müharibə demək olacaq”.
525.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
O qeyd edib ki, Qərb bu yolla Kiyevə təhlükəsizlik zəmanətləri verməyə ümid edir, baxmayaraq ki, əksinə, Rusiya ilə münaqişə təhlükəsi yaradır.
“Ruslar hər gün deyirlər ki, bunu etməyin, çünki Qərb əsgərləri Ukrayna ərazisinə girərsə, hərbi hədəfə çevriləcəklər. Bu, Avropa ordusunun, Avropa əsgərlərinin Ukrayna ərazisində ruslara qarşı vuruşacağı deməkdir. Buna görə də, biz açıq şəkildə bildirməliyik ki, heç bir halda Rusiya və ya Ukrayna ərazisində Rusiya ilə müharibəyə girməyəcəyik”, - Orban vurğulayıb.
Əlavə edib ki, Macarıstan NATO müttəfiqlərini hər şeydə dəstəkləməyə hazır deyil.
Pərvanə Sultanova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.