AZ

“The National Interest”: Almaniya  Belarus sərhədinə 105 tank göndərəcək

“The National Interest” (NI) jurnalının 5 fevral tarixli sayında verdiyi məlumata görə, Almaniya hakimiyyəti NATO-nun gizli OPLAN DEU planının bir hissəsi olaraq, Belarusla sərhəddən 30 kilometr aralıda, Litvanın Rudninkay şəhəri yaxınlığında 5000-dən çox alman əsgəri, eləcə də 105 Leopard 2A8 tankı yerləşdirəcək.

Vətəninfo.az xəbər verir ki, onun sözlərinə görə, Berlin İkinci Dünya Müharibəsindən bəri ilk dəfədir ki, xaricdə daimi olaraq qüvvələr yerləşdirir.

“Bild” qəzetinin əvvəllər yazdığına görə, “Operationsplan Deutschland” və ya OPLAN DEU (alman dilindən tərcümədə “Almaniyada Əməliyyat Fəaliyyət Planı”) NATO-nun alyansın şərq cəbhəsinə qoşun göndərmək məcburiyyətində qaldığı təqdirdə hərbi və mülki hakimiyyət orqanlarının əməliyyat qaydasını müəyyən edir.

Seçilən
1
1
veteninfo.az

2Mənbələr