AZ

STM hərbi dəniz platformalarını və pilotsuz sistemlərini WDS-2026-da sərgiləyəcək

STM şirkəti milli imkanlarla inkişaf etdirdiyi hərbi dəniz platformalarını və pilotsuz sistemlərini Səudiyyə Ərəbistanında keçiriləcək “World Defense Show 2026” (WDS-2026) sərgisində nümayiş etdirəcək.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, şirkət hərbi dənizçilik sahəsində əsas podratçısı olduğu və Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verdiyi ölkənin ilk milli freqatı TCG İSTANBUL (F-515), Pakistan Hərbi Dəniz Qüvvələri üçün inşa edilərək 2018-ci ildə təhvil verilmiş “Pakistan Dənizdə Yanacaqdoldurma Gəmisi” (PNFT), STM-MPAC hücum kateri və STM NETA sualtı insansız dəniz aparatının maketlərini sərgi iştirakçılarının diqqətinə təqdim edəcək.

Taktiki pilotsuz uçuş aparatları sahəsində isə dörd fərqli qitədə 15 ölkəyə ixrac edilən, Türkiyənin ilk milli zərbə PUA-sı KARGU, Türkiyə Silahlı Qüvvələrinin inventarında olan və ixrac edilən kəşfiyyat PUA-sı TOGAN, sursat buraxan PUA BOYGA, eləcə də ötən il döyüş meydanında istifadəyə verilən kamikadze PUA “KarguFPV” Körfəz bölgəsində nümayiş etdiriləcək.

STM-in baş direktoru Özgür Güleryüz, Türkiyənin müdafiəsi üçün texnologiyalar hazırlayarkən, eyni zamanda ölkə iqtisadiyyatına töhfə verən ixrac uğurlarına imza atdıqlarını bildirib.

“Bu gün dövriyyəsinin 65 faizini ixracdan təmin edən bir şirkət olaraq, təxminən 50 ölkədə müdafiə və texnologiya sahəsində işgüzar inkişaf fəaliyyəti aparırıq. Milli sistemlərimizin qlobal arenada gördüyü böyük maraq, türk mühəndislik gücünün ən bariz göstəricisidir. Strateji baxışımızda mühüm yer tutan Körfəz bölgəsinin ən böyük tədbirlərindən biri olan WDS 2026-da hərbi dənizçilik və pilotsuz sistemlər sahəsində ən yeni imkanlarımızı sərgiləyəcəyik. Ər-Riyadda məqsədimiz təkcə məhsullarımızı vitrinə çıxarmaq deyil, türk mühəndisliyinin çatdığı yüksək standartları bütün dünyaya göstərmək və dost-qardaş ölkələrlə davamlı yeni əməkdaşlıqlara imza atmaqdır”, – deyə baş direktor vurğulayıb.

Seçilən
59
poliqon.az

1Mənbələr