AZ

İlan Ginnesin Rekordlar Kitabına düşüb

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İndoneziyada tapılan nəhəng "Baronessa" pitonu dünyanın ən uzun ilanı elan edilib.

Reyting.az-ın məlumatına görə, Sulavesi adasında, 2025-ci ilin sonlarında tapılmış dişi piton həmcinslərini üstələyib. Vəhşi dünyanın ən uzun ilanı kimi Ginnesin Rekordlar Kitabına düşüb.

İndoneziya dilində "İbu Baron", tərcümədə isə "Baronessa" adlanan pitonun uzunluğu 7,22 metr, çəkisi isə 96,5 kiloqramdır. İlanın uzunluğunu ölçmə, həmçinin çəkisini təyin etmə mütəxəssislər tərəfindən narkoz olmadan aparıldığından gərgin vəziyyətdə müqavimət göstərən, qıvrılan bu nəhəngin real uzunluğunun rahat halda təxminən 7,9 metr olacağı bildirilir.

Nəhəng ilan yerli təbiət və heyvan müdafiəçisi kimi tanınmış Budi Purvantonun himayəsində saxlanılır.

Bundan əvvəl vəhşi təbiətdə qeydə alınmış ən uzun pitonun uzunluğu 6,95 metr olub və 1999-cu ildə Borneo adasında tapılıb.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
reyting.az

1Mənbələr