AZ

Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar davam etdiriləcək - Peskov

Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar çərçivəsində Ukraynadakı münaqişənin həlli istiqamətində işlər davam etdiriləcək.

Missiya.Az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, danışıqlar artıq iki gündür aparılır və proses həm konstruktiv, həm də kifayət qədər çətindir. :"Biz iki gündür bu istiqamətdə işləyirik. Bu, konstruktiv, lakin eyni zamanda çox mürəkkəb bir prosesdir və davam edəcək”, – deyə Peskov qeyd edib.

Qeyd edək ki, 4–5 fevral tarixlərində Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ikinci mərhələsi keçirilib. Görüşün nəticəsi olaraq tərəflər Rusiya və Ukrayna arasında “157-yə 157” formulu üzrə məhbus mübadiləsinin həyata keçirilməsi barədə razılığa gəliblər.

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff isə sülh prosesi ilə bağlı hələ görüləsi “əhəmiyyətli işlərin” olduğunu vurğulayıb.

Seyranə Quliyeva Missiya.Az

Seçilən
20
missiya.az

1Mənbələr