AZ

Türkiyə Rusiyaya hava məkanının "boz zona" olmadığını açıq şəkildə bildirdi - Ekspert

“Türkiyənin F-16 qırıcılarının Rusiya dronlarını ələ keçirmək üçün iştirak etməsi Kremlə Türkiyə hava məkanının "boz zona" olmadığına dair açıq bir siqnal idi”.

Missiya.Az xəbər verir ki, bunu milli təhlükəsizlik professoru, Atlantik Şurasının (ABŞ) və Karleton Universitetinin Müasir Türkiyə Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı Yevgeniya Haber deyib.

Ekspert bildirib ki, Rusiya dronlarını ələ keçirmək üçün F-16 qırıcılarından istifadə edilməsi vacib bir siqnal idi və Ankara hava məkanının boz sahə olmadığını açıq şəkildə nümayiş etdirdi.

Onun sözlərinə görə, Türkiyə hava məkanının pozulması təxribatdır və Ankaranın reaksiyasının və qırmızı xətlərinin sınağıdır.

Haber qeyd edib ki, pilotsuz təyyarələrin buraxılışı Rusiyaya Türkiyənin diplomatik siqnallardan hərbi cavaba keçməyə hazır olub-olmadığını qiymətləndirməyə imkan verən ucuz və nəzarətli bir vasitədir:

“Rusiya bunu 2015-ci ildə Türkiyənin hava hücumundan müdafiə qüvvələrinin Suriya ilə sərhəddə hava məkanında Rusiyanın Su-24 təyyarəsini vurduğu zaman yaxşı xatırlamalıdır", - deyə ekspert vurğulayıb.

Haber əmindir ki, Türkiyə nümayişkaranə "əzələ oyununu" öz təhlükəsizliyinə qarşı real təhdidlərdən necə ayırmağı bilir, ona görə də təmkinlə və sərt reaksiyalar vermədən hərəkət etməyə davam edəcək. Lakin ilk fürsətdə Rusiyaya hava məkanında təxribatları xatırlatmaq fürsətini laqeyd qoymayacaq.

Daşqın HəsənovMissiya.Az

Seçilən
5
missiya.az

1Mənbələr