
Rusiya İrana maliyyə dəstəyi göstərmək üçün illər əvvəl gizli pul köçürmələri həyata keçirib.
Missiya.Az xəbər verir ki, bu barədə Britaniyanın “TheTelegraph” qəzeti məlumat yayıb.
Nəşrin araşdırmasına görə, Rusiya 2018-ci ildə İrana təxminən 2,5 milyard dollar həcmində nağd pul göndərib.
Bildirilib ki, bu köçürmələr ABŞ-nin Tehrana qarşı sanksiyaları yenidən tətbiq etməyə başlamasından bir neçə gün sonra həyata keçirilib.
Məlumata görə, dörd aylıq müddət ərzində 34 əsas partiya şəklində göndəriş təşkil olunub və ümumilikdə təxminən beş tona yaxın əskinas İrana çatdırılıb.
Daşqın HəsənovMissiya.Az