AZ

Turistlər yemək festivalı ilə dəfn mərasimini səhv salıblar

ain.az, Ayna portalına istinadən məlumat verir.

Mərhumun ailəsi qonaqların narahat olmamasını və tədbiri tərk etməmələrini xahiş edib

Taylandda turistlər təsadüfən yerli sakinin dəfn mərasiminə rast gəliblər və bunu yemək festivalı ilə səhv salıblar. AYNA.AZ xəbər verir ki, bu barədə “The Bangkok Post” qəzeti məlumat yayıb.

Bir neçə turist dəfn mərasiminin keçirildiyi salona daxil olub, onu yemək festivalı ilə səhv salıblar. Onlar yemək çıxarıb və yeməyə başlayıblar. Bir müddət sonra səhvlərini anlayaraq üzr istəyiblər və getməyə hazırlaşıblar.

Lakin mərhumun ailəsi qonaqların narahat olmamasını və tədbiri tərk etməmələrini xahiş edib. Turistlərə səxavətlə pulsuz nahar verilib.

Sonradan məlum olub ki, ikinci qrup turist də eyni səhvi edib və yemək festivalı əvəzinə dəfn mərasiminə qatılıblar.

Qəzet yazıb ki, xəbər sosial mediada geniş yayılıb. Bu hərəkət Tayland qonaqpərvərliyinin parlaq nümunəsi kimi qiymətləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
ayna.az

1Mənbələr