Müəllif: Gülnar Əhmədli, Banco.az
"Azərbaycanda hotellərin ulduzlandırılması Dövlət Turizm Agentliyi və onun səlahiyyət verdiyi qurumlar tərəfindən beynəlxalq meyarlar əsasında aparılır. Ulduzlar 1-dən 5-ə qədər verilir və qiymətləndirmə zamanı otaqlar və infrastruktur, xidmət səviyyəsi, əlavə imkanlar, təhlükəsizlik və gigiyena, idarəetmə və standartlar əsas götürülür".
Bunu turizm üzrə ekspert Rəhman Quliyev Banco.az-a Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verildiyini açıqlayarkən deyib.
Ekspertin sözlərinə görə, xüsusilə Bakıdakı beynəlxalq şəbəkə hotelləri (Four Seasons Hotel Baku, Hilton, Fairmont, Marriott, Holiday İNN) yüksək xidmət göstərən hoteller siyahısındadır: "Yeni açılmış və ya xarici menecmenti olan hotellərdə ulduz dərəcəsi ilə xidmət adətən üst-üstə düşür.
Problemlər olan hoteller isə bölgələrdə bəzi 4–5 ulduzlu hotellərdir. Bu hotellərdə personal peşəkarlığı zəifdir, müştəri ilə ünsiyyət və “service culture” çatışmır, ulduz daha çox bina və mebelə görə verilib, xidmətə yox. Qeyd edim ki, ulduz dərəcəsi komfort və imkanları göstərir, hotelin “yaxşı” və ya “pis” olmasını tam zəmanət altına almır".

Bizi sosial şəbəkələrdən izləyin!!