AZ

"Sadiq canavar" "Roma"ya qayıdır

"Roma"nın canlı əfsanəsi Françesko Totti yenidən sevimli klubunda işləyə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Nikolo Skira şəxsi "X" hesabı üzərindən yayıb.

Məlumata görə, sabiq hücumçunun "Roma"da texniki direktor postunu tutmaq ehtimalı yüksəkdir.

49 yaşlı Totti peşəkar futbolçu karyerasını 2017-ci ildə bitirib. Həmin vaxt "canavarlar"ın rəhbərliyində fəaliyyətə başlayan Françesko 2019-cu ildə paytaxt klubundan ayrılıb. "Roma" ilə ölkə çempionu olan (2000/2001) "sadiq canavar" 2026-cı ildə İtaliya millisi ilə dünya çempionu titutlunu da qazanıb.

Nihat

Seçilən
6
1
fanat.az

2Mənbələr