AZ

AFFA iki komandaya texniki məğlubiyyət verdi

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

AFFA Region Liqasında çıxış edən iki komandaya texniki məğlubiyyət verilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb.

İmişlinin "Araz" komandası "Hacıqabul" kollektivi ilə görüşün 86-cı dəqiqəsində meydanı tərk etdiyi üçün bu halla üzləşib. Oyun başa çatmadığından bölgə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

"Crystal" isə "Samur"la qarşılaşmada təyin olunan vaxtda meydana çıxmayıb. Bu səbəbdən onlar da 0:3 hesablı texniki məğlubiyyətə məruz qalıblar.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
9
cebheinfo.az

10Mənbələr