AZ

Pakistanda cümə namazı vaxtı partlayış oldu – 100-ə yaxın ölü və yaralı var


Pakistanın paytaxtı İslamabadda cümə namazı zamanı partlayış baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Dawn” agentliyi məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində ən azı 15 nəfər ölüb, 80 nəfər yaralanıb.
Agentliyin bildirdiyinə görə, partlayış Şehzad şəhəri ərazisindəki Terlai İmambərgahında baş verib.
“Geo TV” telekanalının mənbələrə istinadla verdiyi məlumata görə, partlayış kamikadze tərəfindən həyata keçirilib.
Hadisə yerinə polis və xilasetmə qrupları cəlb olunub. Yardım və təxliyə işlərinə başlanılıb.
Seçilən
11
3
yeniavaz.com

4Mənbələr