AZ

Pakistanda cümə namazı zamanı partlayışda azı 15 nəfər ölüb, 80 nəfər yaralanıb - YENİLƏNİB

Pakistanın paytaxtı İslamabadda cümə namazı zamanı partlayış nəticəsində ən azı 15 nəfər ölüb, 80 nəfər yaralanıb.

APA Geo TV-yə istinadən xəbər verir ki, axtarış-xilasetmə əməliyyatları davam edir.

***

13:34

Pakistanın paytaxtı İslamabadda partlayış olub.

APA yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar var.

Partlayış dini ayinin icra olunduğu məkanda baş verib.

Seçilən
27
7
apa.az

10Mənbələr