AZ

Yaponiyada qar fəlakəti davam edir: Ölənlərin sayı 42-yə çatıb

Yanvarın 20-də Yaponiyaya yağan güclü qar xaosa səbəb olmuş və həyatı iflic etmişdi.

Ölkə üzrə ölənlərin sayı 44-ə çatıb və FDMA potensial fəlakətlərin qarşısını almaq üçün ictimaiyyəti xəbərdar edən bir bəyanat yayıb.

Niiqata prefekturasında 15, Akitada 8, Aomori və Yamaqatada isə hər birində 5 nəfərin öldüyü açıqlanıb.

Hokkayoda 4, İvate, Fukui, Naqano, Kioto və Şimanedə isə 1 nəfərin öldüyü

FDMA, güclü qar yağışının səbəb olduğu qəzalarda ümumilikdə 444 nəfərin xəsarət aldığını açıqladı, onlardan 156-sı ağır, 288-i isə yüngül xəsarət aldı və ictimaiyyəti qar təmizlənməsi zamanı birdən çox nəfərlə işləməyə, mobil telefon gəzdirməyə və damlar kimi yüksək yerlərdə təhlükəsizlik iplərindən və dəbilqələrdən istifadə etməyə çağırıb.

Seçilən
74
aznews.az

1Mənbələr