AZ

Brüsseldə Rusiya ilə təmasların bərpası üzrə ortaq mövqe formalaşır

Bakı, 6 fevral, AZƏRTAC

Avropa İttifaqı ölkələri Rusiya ilə dialoqun bərpası fikrini getdikcə daha çox müdafiə edirlər.

AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumatda deyilir: “Brüssel mövcud kontekstin 2022-ci ildən əhəmiyyətli dərəcədə fərqləndiyini anlayıb, üzv ölkələrdə isə dialoqun bərpası səyləri ilə bağlı ortaq mövqe formalaşıb”.

Qeyd edək ki, bir müddət öncə Latviyanın Baş naziri Evika Silina və Estoniya Prezidenti Alar Karis Moskva ilə danışıqlar aparmaq üçün Avropa nümayəndəsinin təyin edilməsi təşəbbüsünü dəstəkləyib. Bundan əvvəl isə Fransa Prezidenti Emmanuel Makron Brüsseli Avropanın maraqları naminə Rusiya lideri əlaqə qurmağa çağırıb.

 

Seçilən
35
4
azertag.az

5Mənbələr