AZ

XƏBƏRDARLIQ: Bakıda yaxın günlərdə hava BELƏ OLACAQ

Gürcüstanda son günlər müşahidə olunan güclü qar yağıntısı regionda aktivləşən siklonik proseslər və soyuq hava kütlələrinin Qara dəniz üzərindən hərəkəti ilə əlaqələndirilir. Sinoptiklərin məlumatına görə, atmosfer cəbhələrinin toqquşması nəticəsində formalaşan intensiv yağıntılar nəinki Gürcüstanda nəqliyyat və gündəlik həyata çətinliklər yaradıb, eyni zamanda bu soyuq hava axınlarının Azərbaycana doğru irəliləməsi ehtimalını da gündəmə gətirib.

Maraqlıdır, bu hava kütlələri Azərbaycana doğru hərəkət edə bilərmi?

Mövzu ilə bağlı Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, Gürcüstanda müşahidə olunan güclü qar və kəskin hava şəraiti əsasən Sibir və Arktika mənşəli soyuq hava kütlələrinin regiona daxil olması ilə bağlıdır.

“Fevralın əvvəlindən etibarən Türkiyə üzərindən hərəkət edən bu sərt hava kütlələri, rütubətli Aralıq dənizi siklonu ilə qarşılıqlı təsirə girərək Cənubi Qafqazda, xüsusilə Gürcüstanda intensiv yağıntılara və şaxtaya səbəb olub. Gürcüstanın dağlıq relyefi soyuq hava kütlələrinin daha uzun müddət qalmasına və “sıxılmasına” şərait yaradır ki, bu da yağıntının miqdarını artırır”.

C.Hüseynov vurğulayıb ki, Azərbaycanda soyuq hava dalğası Türkiyə və Gürcüstandakı qədər kəskin olmasa da, temperaturun mövsüm normasından aşağı düşməsi və yüksək dağlıq ərazilərdə qar qalınlığı bəzi yerlərdə 90 sm müşahidə edilmişdi.

“Bakıda yaxın günlərdə hava şəraiti əsasən buludlu keçəcək, temperatur isə 6°C ilə 14°C arasında dəyişəcək, cənub-qərb və cənub-şərq küləkləri üstünlük təşkil edəcək. Bölgələrdə hava əsasən sabit keçəcək, lakin dağlıq ərazilərdə şaxta və buzbağlama ehtimalı qalır”.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
16
1
konkret.az

2Mənbələr