AZ

ABŞ səsvermə qaydalarını sərtləşdirə bilər

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

AzVision.az bildirir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt bununla bağlı açıqlama verib. “Prezident təklif edir ki, mən onunla indicə bu barədə danışdım, Konqresdəki respublikaçılar və demokratlar ‘Amerikanın Xilası Aktı’nı qəbul etsinlər. Bu qanunvericilik vətəndaş olmayanları seçici siyahılarından çıxarmaqla ştatlar tərəfindən federal seçki qanunlarına riayət olunmasını təmin edəcək”, – xanım Livitt keçirdiyi mətbuat konfransında vurğulayıb. Onun sözlərinə görə, qanun layihəsi səs vermək üçün seçicilərdən şəxsiyyət vəsiqəsi təqdim etmələrini və qeydiyyatdan keçərkən ABŞ vətəndaşlığını sübut etmələrini tələb edəcək. Kerolayn Livitt bu tədbirləri geniş yayılmış problemlərin və seçkilərin bütövlüyünü təmin etmək üçün zəruri addım adlandırıb. Xatırladaq ki, fevralın 2-də yayımlanan mühafizəkar podkastda ABŞ prezidenti Donald Tramp respublikaçı məmurlara partiyanı hakimiyyəti itirməkdən qorumaq üçün 15 ştatda seçkiləri “milliləşdirməyi” təklif edib. Amerika lideri bunu qeyri-qanuni mühacirlərin səs verməsinin qarşısını almaq vasitəsi kimi qiymətləndirib. “Qeyri-vətəndaşların seçkilərin nəticələrini dəyişdirə biləcək sayda səs verdiyi iddiası yalandır, lakin bu, Trampın noyabrda aralıq seçkilərinə potensial təsir cəhdləri ilə bağlı narahatlıq doğurur”, – Böyük Britaniyanın “The Guardian” nəşri yazır. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
azvision.az

1Mənbələr