ain.az bildirir, Azertag portalına istinadən.
Bakı, 6 fevral, AZƏRTAC
Nepalın qərbində toy karvanına məxsus avtobusun dərəyə aşması nəticəsində uşaqlar da daxil olmaqla, azı 13 nəfər ölüb, daha 40 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, “Katmandu Post” qəzetinin məlumatına görə, səkkiz nəfər hadisə yerində ölüb. Təcili yardım xidmətləri 45 nəfəri xilas edərək xəstəxanalara aparıb. Daha beş yaralı isə xəstəxanada həyatını itirib.
Avtobusdakı bir neçə sərnişin hazırda ağır vəziyyətdədir. Polis qeyd edib ki, yeni evlənənlər ayrı nəqliyyat vasitəsində olduqları üçün xəsarət almayıblar.
Hüquq-mühafizə orqanlarının fikrincə, qəza həddindən artıq yüklənmiş nəqliyyat vasitəsi dağa qalxarkən avtobusun pnevmatik sistemindəki borunun partlaması nəticəsində baş verib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.