AZ

Qəlb cəbhəsi çap olunub

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Vətən müharibəsinin qəhrəmanları ilə gənclərin görüşləri" adlı layihə çərçivəsində yeni kitab çap olunub.

525.az xəbər verir ki, "Qəlb cəbhəsi" adlanan kitabda 44 günlük Vətən müharibəsinin iştirakçısı yazarların bədii yaradıcılıq nümunələri toplanıb. 

Layihə rəhbəri İntiqam Yaşarın verdiyi məlumata görə, "Elm və təhsil" nəşriyyatında çap olunan kitabın eksperti şair-publisist, DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, redaktoru DGTYB-nin İdarə Heyətinin üzvü, gənc türkoloq Məleykə Mirzəli, tərtibçiləri və dizayneri DGTYB İdarə Heyətinin üzvləri Ayşən Rəhim, Şükür Əli və Sərvər Kamranlıdır.

Kitabın yaxın günlərdə Bakıda, Qubada və Sumqayıtda geniş ictimaiyyətə təqdimatı nəzərdə tutulur.

Şahanə Müşfiq

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
4
525.az

5Mənbələr