AZ

“İrəvan və Bakı qarşılıqlı tədarük üçün malların siyahısını mübadilə edib”


Ermənistan və Azərbaycan artıq məhsul siyahısı mübadiləsi aparıblar və biznes ictimaiyyətindən cavab gözləyirlər.
Yeniavaz.com
“Armenpress” agentliyinə istinadla  xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan mətbuat konfransında jurnalistin Ermənistan-Azərbaycan ticarət münasibətləri ilə bağlı sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, İrəvan və Bakı arasında ticarətin ilkin inkişafından sonra Ermənistana Azərbaycan istehsalı olan iki mal - benzin və dizel yanacağı gəlib.
“Hazırda Ermənistana Azərbaycan mənşəli iki məhsul daxil olub: benzin və dizel yanacağı. Hələlik Azərbaycanda Ermənistan mənşəli məhsul yoxdur”, - Papoyan bildirib.
Papoyan səbəblər arasında bazarların qarşılıqlı tanış olmamasını, eləcə də infrastruktur və logistika amillərini qeyd edib.
“Birincisi, bazarlar hələ də bir-birinə kifayət qədər tanış deyil: bizim bazarımız onlar üçün, onların bazarı isə bizim üçün. Bu proses vaxt tələb edir və təbii ki, daha çox özəl sektorun səlahiyyətindədir. Dövlətin rolu siyasi razılaşmalar, yolların açılması, dəmir yolu rabitəsinin işə salınması və digər addımlar vasitəsilə şərait yaratmaqdır. Bu şəraitin əhəmiyyətli bir hissəsi artıq yaradılıb, lakin tam deyil", - nazir qeyd edib.
Seçilən
4
1
yeniavaz.com

2Mənbələr