AZ

Super Liqa klubunda bu mövsüm üçüncü baş məşqçi təyinatı reallaşdı

Türkiyə Super Liqasında baş məşqçi dəyişikliyi reallaşıb. 

Fanat.Az xəbər verir ki, "Konyaspor" bu mövsüm üçüncü yeni məşqçiyə tapşırılıb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mövsümə Recep Uçarla başlayıb noyabrda yollarını ayıran Konya təmsilçisi onun əvəzləyicisi Çağdaş Atanı da istefaya göndərib. Super Liqa təmsilçisi artıq İlhan Palutla anlaşıb. 49 yaşlı mütəxəssislə bu gün rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, İlhan Palutun son iş yer "Rizespor" olub.

Seçilən
27
1
fanat.az

2Mənbələr