AZ

Daha bir icra hakimiyyətində kadr islahatları Onlar işini itirdi

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Ağdaş Rayon İcra Hakimiyyətində struktur islahatları və yeni kadr təyinatları gerçəkləşib. Aparılan dəyişikliklər nəticəsində bəzi şöbələr ləğv edilib, bir sıra məsul şəxslər vəzifələrindən kənarlaşdırılıb.Demokrat.az xəbər verir ki, eni qərara əsasən, İcra Hakimiyyətində Sənədlər dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi yaradılıb. Bu şöbənin tərkibindəki İnzibati işlər sektoruna kadr təyinatı artıq bəllidir. Əvvəllər Sektor müdiri - baş mühasib vəzifəsini icra edən Fərid İsmət oğlu Kərimov yeni yaradılan sektorun aparıcı məsləhətçisi (mühasib) vəzifəsinə gətirilib. Bununla da o, faktiki olaraq baş mühasib statusundan mühasib vəzifəsinə keçirilib. Hazırda həmin sektora rəhbərlik edəcək Baş mühasib yeri vakant elan olunub.Struktur islahatları bəzi şöbələrin fəaliyyətinə də son qoyub. Belə ki, Sosial–iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin ləğv edilməsi ilə əlaqədar qurumun baş məsləhətçisi Ramiq Rais oğlu Əliyev və aparıcı məsləhətçi Elşən İldırım oğlu Kərimli vəzifələrini itiriblər. Oxşar vəziyyət Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində də yaşanıb. Həmin şöbənin baş məsləhətçisi Teymur Məbud oğlu Əmirli də artıq bu vəzifədə işləməyəcək.Kənan

Demokrat.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
2
demokrat.az

3Mənbələr