AZ

Əməkdar artist: “Liseydə mənə dedilər, heç nə olmayıb, şayiədir”

“Hadisə ilə bağlı dəqiq bir şey bilmirəm. Xanımım xəbər verdi ki, belə bir hadisə olubb. Mən də gəldim uşağı liseydən aparmağa”.

Bunu “Yeni Sabah”a Əməkdar artist Aqşin Abdullayev deyib.

Onun sözlərinə görə, "İdrak" liseyindən ona hadisənin şayiə olduğunu bildiriblər:

“Hadisə yerinə çatanda gördüm ki, direktor və polislər müşahidə aparır. Dedilər ki, eşitdiklərin yalandır. Sonra da öyrəndim ki, şayiə deyilmiş. Hadisə doğrudan da baş verib.

Güllələnmiş müəllimi tanımıram. Övladım 5-ci sinifdə təhsil alır. Ondan da soruşdum, heç xəbəri yoxdur. Heç atəş səsi də eşitməyib. Uşağı götürüb gəldim evə. Liseylə bağlı bu günə qədər hər hansı problemlə üzləşməmişik”.

Xatırlatma: bu gün səhər saatlarında “İdrak” liseyində 10-cu sinif şagirdi müəllim Şəhla Kamilovanı güllələyib. Müəllim liseyin ingilis dili sektorunda riyaziyyat fənnini tədris edir.

Hazırda Baş Prokurorluq hadisə ilə bağlı araşdırma aparır.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
52
yenisabah.az

1Mənbələr