AZ

Venesuelada genişmiqyaslı əfvetmə aktı

AzVision.az xəbər verir ki, Qanun layihəsini müvəqqəti prezident Delsi Rodriges təqdim edib. Birinci oxunuşdan sonra xanım Rodriges parlament üzvlərini layihəninyekun qəbulunu təmin etmək üçün məsləhətləşmələri sürətləndirməyə çağırıb.

“Məsləhətləşmə prosesi hərtərəfli və əsaslıolmalıdır. Gəlin hər kəslə, bizə nəsə demək istəyən hər kəslə, bizə nəsə deyə bilən, nə isə təklif edə bilən hər kəslə danışmaqdan qorxmayaq”,- parlamentin spikeri və Delsi Rodrigesin qardaşı Xorxe Rodriges deyib.

Sənəd məcburi köçkünlərin əmlakınınqaytarılması və onların öz vətənlərinə qayıtması imkanlarını nəzərdə tutur.

Qanunun qəbulundan sonra təhriketmədə, hakimiyyətə müqavimətdə, üsyan və dövlətə xəyanətdə təqsirli bilinənlər və digərləri həbsdən azad alunacaqlar.

Bununla belə, insan hüquqlarının pozulması, qətl, korrupsiya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittihamlara əfvetmə şamil olunmayacaq.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
4
1
azvision.az

2Mənbələr