Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Çinin Rusiya ilə sərhədindəki Suyfenxe keçid məntəqəsində 500-dən çox təzə avtomobil gözləyir.
Avtosfer.az xəbər verir ki, əslində bunlar Çində “işlənmiş sıfır kilometr avtomobil”lərdir. Heç bir maşının sərhəddən keçməsinə icazə verilmir. Sifarişçilər avqustadək gözləməli olacaqlar.
Yeni qayda əsasən MDB-dən olan müştərilərə ziyan vurub. Zavodlar istehsal edilmiş avtomobili Çindəki saxta müştərinin adına rəsmiləşdirildikdən sonra əcnəbi müştəriyə satılır. Bu da ortaya “işlənmiş sıfır kilometr avtomobil” anlayışının ortaya çıxması ilə nəticələnib. Yanvarın 1-dən isə qaydalar dəyişdirilib. Çin bazarında satılmış avtomobilin ölkədən kənara göndərilməsi 180 gündən tez ola bilməz.
Yeni qaydalar artıq Rusiyada qiymət artımına səbəb olub. Digər MDB ölkələri, o cümlədən Azərbaycanda da yaxın aylarda müəyyən qiymət artımının baş verməsi istisna edilmir. Amma bir faktı da nəzərə alaq ki, Azərbaycan bazarı çox kiçikdir və ötən ilin son aylarında ölkəyə tələbdən artıq Çin maşını gətirilib. Bu səbəbdən yaxın həftələrdə hansısa bahalaşma istisna edilir.
Vüqar
Oxunub 44
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.