Təhsil eksperti bu məsələdə məktəbin də məsuliyyətinin diqqətdən yayınmamalı olduğunu bildirib:“Özəl lisey kimi fəaliyyət göstərən təhsil müəssisəsi ilkin olaraq girişdə təhlükəsizlik tədbirlərinə diqqət yetirməlidir. Uşaqda hər hansı bir psixoloji həddi formalaşıbsa, sinif rəhbəri, məktəb psixoloqu mütəmadi görüşlər keçirməli idi. Uşağın o həddə gətirilməsi səbəbləri də araşdırılmalıdır. Amma bu, uşağın atdığı addıma qəti haqq qazandırmır. Bu istiqamətdə məktəb rəhbərliyi məsuliyyət daşıyır. Bizim milli-mentalitetdə şagirdin müəllimə əl qaldırması qəti şəkildə yolverilməzdir”.R.Nurəliyev əlavə edib ki, hadisəyə hüquqi qiymət hüquq-mühafizə orqanları tərəfindən veriləcək:“Hadisənin təfərrüatları araşdırılacaq, günahkarlar müəyyən ediləcək. Bizim yanaşmamız sadəcə məsələnin acı həqiqətlərinin bir daha olmaması üçün ictimaiyyəti diqqətli olmağa çağırışdır. Amma çox təəssüflər olsun ki, səhv ailə tərbiyəsi, məsuliyyətsiz məktəb idarəetməsi bir müəllimin həyatına acı xatirələrlə iz buraxdı, bir şagirdin həyatını və gələcəyini məhv etdi”.Xatırladaq ki, bu gün səhər saatlarında “İdrak” liseyində 10-cu sinif şagirdi öz müəllimini güllələyib. Müəllimin vəziyyəti orta ağır qiymətləndirilir.Sevinc İbrahimzadə / Metbuat.az