AZ

Bu qiymətlərin aşağı düşməsini məhdudlaşdırır Ekspert

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“İribuynuzlu heyvanların idxalının artması daxili bazarda ət təklifini genişləndirən amil kimi qiymətləndirilə bilər. Bu, xüsusən də yerli istehsalın tələbi tam ödəmədiyi dövrlərdə bazarda müəyyən rahatlıq yarada bilər. Lakin idxal olunan heyvanların sayı çox böyük olmadığı üçün qısa müddətdə ət qiymətlərində ciddi ucuzlaşma gözləmək real deyil. Üstəlik, idxal xərcləri, yem qiymətləri, logistika və saxlanma kimi amillər son məhsulun maya dəyərinə təsir edir və bu da qiymətlərin aşağı düşməsini məhdudlaşdırır”.

İqtisadçı-ekspert Akif Nəsirli bunu 525.az-a söyləyib. O qeyd edib ki, idxal yerli istehsalçılar üçün rəqabəti artırır:

"Bu, orta və uzun müddətdə istehsalın səmərəliliyinin yüksəlməsinə və bazarın daha balanslı formalaşmasına səbəb ola bilər. Əgər idxal davamlı xarakter alarsa, qiymət artımlarının qarşısını almaq və bazarda kəskin dalğalanmaları azaltmaq baxımından müsbət təsir göstərə bilər. Nəticə etibarilə, mövcud idxal həcmi ət bazarında kəskin dəyişiklik yaratmayacaq, amma qiymətlərin daha da bahalaşmasının qarşısını alan amillərdən biri kimi çıxış edə bilər”.

Sevinc Qarayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
525.az

1Mənbələr