AZ

Erməni nazir: "Azərbaycana birbaşa dəmir yolu çəkiləcək"

Bu sözləri Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan yerli mətbuataaçıqlamasındadilə gətirib. O bildirib ki, müxtəlif səbəblərə görə hazırda ölkələr arasında aktiv ticarət yoxdur və bazarlar bir-biri ilə tanış deyil:

"Əlbəttə, ticarət əlaqələrinin qurulması üçün müəyyən vaxta ehtiyac var. Hökumət siyasi razılaşmalarla, yolların açılması və dəmir yolu xətlərindən istifadə yolu ilə öz funksiyasını yerinə yetirərək bu istiqamətdə lazımi şərait yaradır. Belə bir şəraitin mühüm hissəsi artıq meydana gətirilib. Düzdür, hələlik birbaşa dəmir yolu əlaqəsi yoxdur, amma bu sahədə də işlər görülür. Zənnimizcə, bu, "Tramp yolu"nun işə salınması çərçivəsində bir neçə il ərzində həyata keçirilə bilər".

Nazir Azərbaycan və Ermənistan arasında ümumi vəziyyət haqqında danışıb. O deyib ki, hazırda yalnız müsbət istiqamətdə müzakirələr aparılır:

"Cəmi iki il qabaq hamı müharibənin istənilən an başlaya biləcəyindən danışırdı. İndi isə mövzu tamamilə dəyişib. Bu, çox yaxşı əlamətdir. Ölkələr arasında ilkin ticarət əlaqələri nəticəsində Bakıdan İrəvana benzin və dizel göndərilib. Tərəflər bu əlaqələri daha da irəliyə aparmağı planlaşdırırlar".
Paşinyan:"Bütün tərəflər "Tramp yolu"ndan razıdır"

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanacağını bildirib. Bu layihə 43 kilometrlik dəmir yolu xəttinin çəkilməsini nəzərdə tutur.

Firudin Həmidli
AzVision.az
Seçilən
1
1
azvision.az

2Mənbələr