AZ

“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Dünya Hökumətləri Sammiti çərçivəsində “Bürokratik maneələrin aradan qaldırılması, real nəticələrin əldə edilməsi – sıfır bürokratiyaya aparan yol” adlı panel sessiyada çıxış edib.

"Cebheinfo.az" xəbər verir ki, o, ölkəmizdə dövlət xidmətləri islahatları Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2012-ci ildə yaradılmış “ASAN xidmət” üzərində qurulub və bu model bürokratiyanın azaldılması, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunmasına xidmət etdiyini deyib.

Həmçinin, “ASAN xidmət”in həm yerli, həm də beynəlxalq müstəvidə  etibarlı və tətbiq oluna bilən model kimi tanındığı və bu gün yüksək vətəndaş məmnunluğu ilə effektiv nəticələr təqdim etdiyi auditoriyanın diqqətinə çatdırılıb. 

Sammitin növbəti günündə Dövlət Agentliyinin sədri “Süni intellekt dövründə insan resurslarının gələcəyinin formalaşdırılması” adlı “dəyirmi masa” müzakirəsində də çıxış edib.

Görüş 2024-cü ildə Dövlət Agentliyi ilə Birləşmiş Millətlər Təşkilatı arasında imzalanmış Töhfə Sazişinin icrasının müzakirəsi və bu çərçivədə həyata keçirilməsi planlaşdırılan fəaliyyətlər məqsədilə gerçəkləşib.

Bu çərçivədə BMT rəsmisi Dövlət Agentliyi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib və “ASAN xidmət”in dövlət xidmətlərinin göstərilməsi sahəsində nümunəvi fəaliyyətini xüsusi vurğulayıb.

Dövlət Agentliyinin nümayəndə heyəti Sammit çərçivəsində Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifovun çıxış etdiyi “Yeni İpək Yolu” Forumunda da iştirak edib.

Seçilən
11
9
cebheinfo.az

10Mənbələr