AZ

Kreditlərin azaldılması üçün depozitlərin də faiz dərəcələri azalmalıdır Natiq Cəfərli

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Məlum olduğu kimi,  Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Qərarla uçot dərəcəsi 6.5 faiz, faiz dəhlizinin aşağı həddi 5.5 faiz, faiz dəhlizinin yuxarı həddi isə 7.5 faiz səviyyəsinə endirilib. Azərbaycan Mərkəzi Bankın son illərdə uğurlu gedişatı bundan ibarətdir ki, gözləntiləri öncədən formalaşdırır və ani, surpriz qərarlar almır. Bu çox doğrudur və beynəlxalq praktikada da bu belə qəbul olunur. Əslində məntiqlə faizlərin azaldılması sonda kreditlərin də azalmasına səbəb olacaq”. 

İqtisadçı ekspert Natiq Cəfərli bunu 525.az-a bildirib. O hesab edir ki, kreditlərin azaldılması üçün depozitlərin də faiz dərəcələri azalmalıdır. Bu isə problemdir. Çünki 10 faiz depozit gəlirləri var. Buna görə insanlar manatını bankda saxlamağa çalışırlar, bunu azaltsalar, insanlar banklardan kütləvi şəkildə öz vəsaitlərini də çıxara bilərlər:

“Məsələn, bu beş faizə enərsə, vətəndaş düşünə bilər ki, 100 min manatını nə üçün orada saxlasın, maşın alıb satsın və ya başqa bir işə yatırım etsin”.

Sevinc Qarayeva 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
525.az

1Mənbələr