AZ

“Bəzi Avropa liderləri Moskvaya gizli səfər edib” Lavrovdan sensasiyalı iddia

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov iddia edir ki, Moskva ilə ayrı-ayrı Avropa liderləri arasında Ukrayna müharibəsilə bağlı gizli əlaqələr olub.

“AzPolitika” xəbər verir ki, Lavrov Rusiyanın RT təbliğat kanalına verdiyi müsahibədə sensasiyalı iddia ilə çıxış edib.

Onun sözlərinə görə, bəzi Avropa siyasətçiləri Kremllə bu cür gizli əlaqələr qurur və ünsiyyətlərinin məxfi saxlanılmasını istəyirlər: "Bəzi Avropa liderləri ilə əlaqələrimizin olduğunu gizlətməyəcəyəm. Onlar zəng edirlər və bu söhbətlərin açıqlanmamasını istəyirlər. Hətta bəziləri burada(Moskvada) görünürlər və beləliklə, onlar bizimlə gizli əlaqələri saxlayırlar".

Eyni zamanda, Lavrov qapalı və məxfi söhbətlər zamanı avropalı siyasətçilərin ritorikasının onların rəsmi açıqlamalarından ciddi fərqlənmədiyini etiraf edib.

O, Rusiyanın Ukraynaya qarşı müharibəsinə toxunaraq avropalıların istəklərini qeyd edib: "Eyni çağırışlar: gəlin buna son qoyaq, nəsə etmək lazımdır və sair".

Nazir həmçinin Avropanı "güzəştsiz mövqe tutmaqda" günahlandırıb və iddia edib ki, bu mövqe "Rusiyanın strateji məğlubiyyətinə" çalışmaqdan ibarətdir: "Ukrayna uduza bilməz, Rusiya qalib gələ bilməz, əks halda Avropa nüfuzunu itirəcək. Onlar hazırda yalnız bizimlə amerikalılar arasında formalaşmaqda olan danışıqların qarşısını almaq və pozmaq üçün çalışırlar və indi Ukrayna nümayəndələri də onlara qoşulurlar".

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
azpolitika.info

1Mənbələr