AZ

Rus əsgərlər bir birini güllələdi

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya qoşunları “Starlink” terminallarında böyük bir nasazlıqla qarşılaşıb, bu da bölmənin komandanlığını və nəzarətini iflic edib.

Axar.az xəbər verir ki, bu barədə ATEŞ partizan hərəkatı Kupyansk və Zaporojye istiqamətlərindəki bölmələrdəki mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, ehtiyat rabitə kanalları işləmir və elektron müharibə sistemləri tez-tez öz radiolarını “tıxayır”. Koordinasiyanın olmaması artıq ağır itkilərə səbəb olub. Belə ki, Zaporojye istiqamətində “dost atəşi” baş verib, yəni rus əsgərlər bir-birinə atəş açıb. Nəticədə 12 nəfərlik hücum qrupu məhv edilib. Rusiya ordusunun mülki texnologiyalardan asılılığı cəbhə xəttində xaosa səbəb olub”.

Qeyd edək ki, Ukraynada “Starlink”ə çıxış rus qoşunları üçün bloklanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
2
axar.az

3Mənbələr