AZ

Qanun tanımayan məktəblilər

Dünən İmişlidə 7 yaşlı uşağın 12 yaşlı məktəbli tərəfindən çoxsaylı bıçaq zərbələri alması, bu gün isə Bakıda"İdrak" liseyində şagirdin müəllimə ov tüfəngi ilə atəş açması tək kriminal hadisə kimi deyil, artıq sosial-psixoloji siqnal kimi qiymətləndirilməlidir. Çünki burada söhbət hələ şəxsiyyət kimi formalaşmaqda olan uşaqlardan gedir.

Bu yaşda uşağın odlu silah və ya bıçaqla cinayət törətməsi psixoloji olaraq nəyi göstərir? Zorakı oyunlar və videolar real davranışa necə təsir edir? Uşağın zorakılığa meylli olacağını əvvəlcədən hansı əlamətlərdən anlamaq olar?

Mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Publika.az-ın suallarını cavablandırdı.

O bildirdi ki, uşaq və yeniyetmələrin hansısa silahdan istifadə etməsi əsasən nəzarətsizliyin göstəricisidir:

“Bu gün ailələrdə, məktəblərdə uşaqlara və yeniyetmələrə nəzarət olunmalıdır. Bu nəzarət onları qorumaq üçündür. Onlara izah edilməlidir ki, başqaları ilə birgə yaşamağı öyrənməli və qanun qarşısında məsuliyyət daşıdıqlarını bilməlidirlər. Sağlam cəmiyyət qanunla formalaşır. Biz qanunun yaratdığı mədəniyyəti nümayiş etdirməliyik, mədəniyyətin yaratdığı qanunu yox. Bu düşüncəni dəyişə bilsək, cəmiyyətdə sağlam fikirlər formalaşacaq”.

Seçilən
21
2
publika.az

3Mənbələr