AZ

Müəllimin güllələndiyi liseyin yerləşdiyi bina məşhur adama məxsus imiş....

Mia.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu gün səhər saatlarında Bakı İdrak Liseyində şagird müəllimi güllələyib.

Mia.az baku.ws-ə istinadla xəbər verir ki, hadisə baş vermiş Liseyin yerləşdiyi binanın sahibi Ruslan Eyyubovdur.

Xatırladaq ki, Ruslan Eyyubov ötən ilin sonunda 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılaraq həbs olunub. Ruslan Eyyubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır.

Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlanlarıdır. İndi saxlanılan Eyyubov həm də kimya sənayesi biznesi ilə məşğuldur, bu sahədə tanınan "NB Qrup" şirkətinin rəhbəridir.

Qeyd edək ki, İdrak Liseyində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi Rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
22
mia.az

10Mənbələr