AZ

Yaponiyada hər kəs Baş nazirin bu videosundan danışır

Yaponiya Baş naziri Sanae Takaiti ilə bağlı video ölkənin "YouTube" seqmentində əsl fenomenə çevrilib.

BAKU.WS xəbər verir ki, hakim Liberal-Demokrat Partiyasının kanalında yerləşdirilən video iki həftədən az müddətdə 133 milyondan çox baxış toplayıb.

"Takaitinin sədri kimi müraciəti: Yapon arxipelaqını güclü və firavan edək" adlı videoda baş nazir ritmik baraban sədaları altında Yaponiyanın gələcəyi naminə dəyişikliklərin və qəti addımların vacibliyindən danışır.

Maraqlıdır ki, Liberal-Demokrat Partiyasının kanalında yerləşdirilən digər videolar bu cür göstəricilərə yaxınlaşmayıb. Bu hal sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi şərhlərdə baxışların süni şəkildə artırıla biləcəyini iddia edir. Şərh yazanlardan biri zarafatla qeyd edib ki, baxışların sayı artıq Yaponiyanın əhalisinin sayını ötüb.

Qeyd edək ki, daha əvvəl Sanae Takaiti Cənubi Koreya prezidenti Li Çje Myon ilə birlikdə baraban çalaraq Cənubi Koreya ifaçılarının məşhur hitlərini səsləndirib. Onlar yanaşı oturaraq BTS qrupunun "Dynamite" mahnısını, eləcə də "Key-pop demon ovçuları" animasiya filminin "Golden" adlı saundtrekini ifa ediblər.

Seçilən
3
far.az

1Mənbələr