AZ

AzTV də işə başlayan Mehriban Ələkbərzadə danışdı: Yaxın gələcəkdə...

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Uzun illər televiziya sahəsində çalışmışdığım üçün yenidən bu sahəyə qayıtmaq mənim üçün heç çətin olmayacaq”.

Bu sözləri Globalinfo.az-a Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının keçmiş bədii rəhbəri Mehriban Ələkbərzadə “AzTV“yə bədii rəhbər vəzifəsinə təyin olunması haqda danışarkən deyib.

O bildirib ki, sözügedən kanalda üç müəllif proqramının üzərində işlədiyi dövr olub:

“1993-1997-ci illərdə və daha sonra 1997-ci ildən 2018-ci ilə qədər “Space” telekanalında bədii rəhbər və müəllif proqramları departamentinin yaradıcısı kimi fəaliyyət göstərmişəm. Ümumilikdə, televiziyada 70-dən çox filmim var. Bu baxımdan televiziya mənim üçün çox doğma bir sahədir, hətta bəlkə də ilk iş yerimdir. Teatrla müqayisədə televiziya ilə daha erkən və uzunmüddətli təcrübəm olub. Həm də peşə və ixtisas etibarilə mən teatr rejissoruyam. Məhz buna görə müəyyən dövrlərdə teatrı daha önəmli seçim kimi görmüşəm. 2007-2008-ci illərdə televiziyadan uzaqlaşaraq teatra yönəlmişdim. İndi isə televiziya sahəsinə qayıdıram. Amma bu qayıdış mənim üçün yad bir məkana dönüş deyil”.

Mehriban Ələkbərzadə qeyd edib ki, hazırda konkret layihələr barədə danışmaq tezdir:

“Lakin uzun illər ərzində çəkdiyim sənədli filmlər, tarixi araşdırmalar əsasında hazırlanan silsilə layihələrim olub. “Xanlıqlar”, “Mir Cəfər Bağırov”, “Tarixin bir günü” kimi filmlər uzunmüddətli və araşdırmaya əsaslanan işlərdir. Hesab edirəm ki, sənədli filmlər maarifləndirmə və tarixin düzgün təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyır. Bunlar mənim şəxsi layihələrimdir. Digər layihələr isə artıq şirkət daxilində kollegial şəkildə müzakirə olunur. Hazırda bütün günümüz bu müzakirələrlə keçir. Yaxın gələcəkdə nəticələr özünü göstərəcək. Təbii ki, daha uğurlu, maarifləndirici və araşdırmaya əsaslanan layihələrin hazırlanması əsas məqsəddir. Dövlət televiziyası üçün də bu prinsiplər xüsusi önəm daşıyır”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
globalinfo.az

1Mənbələr