AZ

Azərbaycanda quş qripi və Nyukasl xəstəliyinə yoluxma halı aşkarlanmayıb

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yanvarın 12-16-da Azərbaycan ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi xəstəliyinə qarşı keçirdiyi epizootoloji monitorinqin nəticəsində quş qripi və Nyukasl xəstəliyinə yoluxma halı aşkarlanmayıb.

Bu barədə 525.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, tədbirlər dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılıb. Vəhşi quşlara klinik baxış keçirilib və diaqnostik nümunələr götürülüb. Bundan əlavə, quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında müxtəlif növ ev quşundan qan və yaxma nümunələri götürülərək laborator müayinələrə cəlb olunub.

Vəhşi və ev quşlarından götürülən nümunələrin müayinəsi və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülən diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkarlanmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
49
525.az

10Mənbələr