AZ

SEPAH-a yaxın media Azərbaycanı təhdid edir - Bakı–Tiflis–Ceyhan hədəfdə

SEPAH ilə əlaqəli media qurumu ABŞ-nin İrana mümkün hücumu fonunda Azərbaycana qarşı açıq təhdid xarakterli çağırış edib.

Missiya.Az xəbər verir ki, özünü “İranda ilk enerji xəbərləri və təhlil bazası” kimi təqdim edən “Enerji Xətti” adlı kanal Bakı–Tiflis–Ceyhan (BTC) neft boru kəmərinin hədəfə alınmasını təbliğ edən video yayımlayıb.

Videoda iddia olunur ki, Azərbaycan neft və qaz ixracını əsasən Bakı–Tiflis–Ceyhan boru kəməri və Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirir və bu ixrac ölkəyə ildə təxminən 21 milyard dollar gəlir gətirir.

Kanalın iddiasına görə, həmin infrastrukturun vurulması Azərbaycanın dövlət gəlirlərinə ciddi zərbə ola bilər.

Qeyd edək ki, enerji infrastrukturunu hədəf almağa çağırış beynəlxalq hüquqa ziddir və açıq-aşkar siyasi şantaj nümunəsidir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
17
missiya.az

1Mənbələr