AZ

"Real" və "Bavariya"nın sabiq futbolçusu ABŞ klubuna keçir

İspaniyanın "Real" və Almaniyanın "Bavariya" klubunun sabiq futbolçusu Xames Rodriges karyerasını ABŞ-də davam etdirəcək.

"Report" xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, 33 yaşlı yarımmüdafiəçi "Minnesota Yunayted"lə anlaşıb. Kolumbiyalı oyunçu MLS təmsilçisinə azad agent kimi qoşulacaq.

Qeyd edək ki, Xames Rodriges son olaraq Meksikada "Leon"un formasını geyinib.

Seçilən
44
1
far.az

2Mənbələr